Əfv sərəncamının icrası 9 saylı cəzaçəkmə müəssisəsində davam edib.
İcmal.Az xəbər verir ki, cəzaçəkmə müəssisəsinin rəisi Baba Gülməmmədov bildirib ki, doqquz nəfər cəzasının qalan hissəsindən azad edilib:
"Prezident İlham Əliyevin imzaladığı sərəncamlar arasında budəfəki əfv xüsusilə seçilir. Cümhuriyyətimizin 100 illiyi münasibətilə bu il cənab prezidentimiz 600 nəfərdən çox məhbusu cəzalarının qalan hissəsindən azad edib.
9 saylı cəzaçəkmə müəssisəsində doqquz nəfər əfv olunaraq azadlığa buraxılır. Ümid edirik ki, bu gün əfv olunan məhkumlar bir daha məhkumluq həyatı yaşamayacaqlar”.
11:04
1995-ci ildən bu günə qədər əfv olunanların sayı açıqlanıb.
İcmal.Az-ın verdiyi xəbərə görə, bu barədə Ədliyyə Nazirliyinin Pentensiar xidmətinin əməliyyat rejim idarəsinin rəisi, polkovnik Mirsaleh Seyidov məlumat verib.
Onun sözlərinə görə, 1995-ci ildən bu günə qədər 7542 məhkum əfv sərəncamı ilə azadlığa buraxılıb.
İcmal.Az