Millət vəkili seçiciləri ilə növbəti görüşünü keçirdi - FOTOLAR

OXUNUB: 146 SOSİAL
13 may 2024-cü il tarixində 89 saylı Göyçay-Ağdaş seçki dairəsi üzrə Milli Məclisin deputatı Məzahir Əfəndiyev əraziyə növbəti səfərini edib. Millət vəkili Göyçay rayon İkinci Ərəbcəbiri kəndinin Birinci Qarabağ Müharibəsi döyüşçüsü Kamal Zülfüqarovun yas mərasimində iştirak edib, ailəsinə başsağlığı bildirərək ruhunu dərin ehtiramla anıb.

Kənd ağsaqqalları, mərhum Kamal Zülfüqarovun döyüş yoldaşları onun qəhrəmanlığından söz açaraq, döyüşlərdə nümayiş etdirdiyi şücaət, fədakarlıqlarını xüsusi vurğulayıblar.

Qeyd edək ki, Kamal Zülfüqarov Birinci Qarabağ Müharibəsi zamanı Ordumuzun tərkibində yaradılan ilk xüsusi təyinatlı dəstənin üzvü olub, bir sıra mühüm hərbi əməliyyatlarda iştirak edib.

M.Əfəndiyev Birinci və İkinci Qarabağ Müharibələrində Azərbaycan xalqının vətənpərvərliyinin, əzminin hər kəsə nümayiş etdirildiyindən bəhs edərək, bu gün Ali Baş Komandan, Böyük Sərkərdə İlham Əliyevin rəhbərliyi altında əldə etdiyimiz möhtəşəm Zəfər, suverenliyimizin tam bərpa olunması ilə bütün şəhidlərimizin, qəhrəmanlarımızın qanının yerdə qalmadığını diqqətə çatdırdı.

Daha sonra Göyçay rayon Ərəbcəbirli kəndinin İkinci Qarabağ Müharibəsi şəhidlərinin məzarları ziyarət edilib, qəhərmanlarımızın əziz xatirəsi hüznlə yad edilib.

Səfər çərçivəsində Məzahir Əfəndiyev Azərbaycan Respublikasının Əməkdar müəllimi, Beynəlxalq Ekoenergetika Akademiyasının fəxri doktor-professoru, eyni zamanda Göyçay rayonunun ictimai-siyasi həyatında fəal rol oynayan Xəlil Orucovu doğum günü münasibətilə təbrik edib.

Xəlil Orucov müdrik bir ağsaqqal, dəyərli bir ziyalı kimi Azərbaycan dövlətçiliyinin inkişafına, cəmiyyətimizin, xüsusilə də gənc nəslin vətənpərvərlik və milli adət-ənənələrə bağlılıq ruhunda tərbiyəsi işində dəyərli töhfələr verir.

Görüş zamanı deputat Xəlil Orucova doğum günü münasibətilə uzun ömür və can sağlığı arzulayıb. O, bildirib ki, ziyalılarımıza, ağsaqqallarımıza hörmət va ehtiram xalqımızın milli-mənəvi dəyərlərinin ayrılmaz tərkib hissəsidir.

Görüş xatirə şəklinin çəkdirilməsi ilə başa çatıb.
 
 

 

RƏYLƏR