Əfv edilənlər azadlığa buraxılır - YENİLƏNİB + FOTO

OXUNUB: 549 SOSİAL

Əfv sərəncamının icrası 17 saylı cəzaçəkmə müəssisəsində davam edib.

İcmal.Az xəbər verir ki, cəzaçəkmə müəssisəsindən 13 məhbus əfv olunub.

17 saylı cəzaçəkmə müəssisəsinin rəisi Vüsal Aslanov məhkumları təbrik edib. 

Qeyd edək ki, Nardaran hadisələri zamanı həbs olunan iki məhkum və Kamerun Respublikasının vətəndaşı Hongla Samuel 17 saylı cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb.

11:57

Əfv sərəncamının icrası 12 saylı cəzaçəkmə müəssisəsində davam edib.

İcmal.Az xəbər verir ki, azadlığa buraxılanlar arasında Gürcüstan vətəndaşı Merab Çabaşvili də var. 

İcmal.Az

RƏYLƏR