"EGE Hospital"dan həssas dönəmdə iyrənc addım - QAZİDƏN 2900 AZN RÜŞVƏT ALDILAR, AMMA...

OXUNUB: 621 SOSİAL
icmal.az xəbər verir ki, bu barədə tanınmış jurnalist Rey Kərimoğlu məlumat verib: "Bu "EGE hospital" kimindir, arxasında kim dayanır? Arxa-dayağına deyin ki, belə olmaz! Bu xəstəxananın Ruslan adlı həkimi 1 ayağını itirmiş, 2 böyrəyi "otkaz" eləmiş 
1 ci qrup Qarabağ qazisi Həsənov Rəhim Abbas oğlunun 2900 manatını alıb. Söz veriblər ki, digər ayağındakı problemi ayağı kəsmədən həll edəcəyik. Pulu alıblar, ala yarımçıq nə iş görüblərsə, Qazinin yeganə qalan ayağında da qaralma gedir. Ruslan həkim də zənglərə cavab vermir. Qaziyə deyib ki, "kimə istəyirsən şikayət elə!" O da bizə şikayət edib! Ona görə yazdım ki, böyüyü-kiçiyi onalara başa salsın ki, Qazinin 2900 manatını təcili qaytarsınlar! Sonra "Niyə demədin?" deməyin haaaaa!"

RƏYLƏR