"Yelo Bank” ASC açıq tender elan edir

OXUNUB: 662 İQTİSADİYYAT BANK
"Yelo Bank” ASC-nin Yeni baş ofisində keytring və restorant servisinin göstərilməsi məqsədilə açıq tender elan edir.

Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:

·        Müvafiq sahədə peşəkarlığı, təcrübənin, texniki və maliyyə imkanları, işçi qüvvəsi, idarəetmə səriştəsi və etibarlığı olmalı;

·        Ödəmə qabiliyyəti olmalı;

·        Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı olmalı, əmlakı üzərinə həbs qoyulmamalı, ödəniş yönəlmiş girovu olmamalı;

·        Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin olmamalı;

·        Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;

·        Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalı

Tenderin qalibi aşağıdakı meyarlar üzrə müəyyənləşəcəkdir:


·        Təqdim ediləcək məhsulun keyfiyyəti

·        Təklif ediləcək məhsulun qiyməti

·        İştirakçı şirkətin bu sahədə təcrübəsi

·        Şirkətlərin və şirkət əməkdaşlarının bu sahədə sahib olduqları sertifikatlar və lisenziyalar

1.    Tenderdə iştirak etmək üçün təqdim edilməli sənədlər:

·        Qiymət təklifi (4cu pointdə nəzərdə tutulan menu-ya əsasən təqdim olunmalıdır).

·        İddiaçının hüquqi statusunu əks etdirən hüquqi sənədlər (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə, reyestrdən çıxarış, VÖEN və s.) surətləri

·        Tender təklifini və satınalma müqaviləsini imzalama səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd

·        Tender təklifini təqdim edən şirkətin aidiyyatı sahələr üzrə portfeli (albom, görülmüş işlər haqqında fotohesabat, e-kataloq və s.)

2.    Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı

-       Tender təklifləri 27 May 2021-ci il, Bakı vaxtı ilə saat 12:00-a qədər Bakı ş. Puşkin küçəsi 30 ünvanına yalnız bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir.

-       Zərflərin hər küncü möhürlənməlidir.

-       Qiymətlər Azərbaycan manatı ilə qeyd olunmalıdır.

-       Göstərilən tarixdən və vaxtdan sonra təqdim olunan zərflər qəbul edilməyəcəkdir.

-       Əgər ehtiyac yaranarsa bankın əlaqəli şəxsi ilə əlaqə saxlanılıb bankın mətbəx və restoran ərazisinə bağış keçirilə bilər.


3.    Tələb olunan xidmətlər

·        Təchizatçı şirkətdən hər hansı bir icarə ödənişi tələb olunmayacaq və qiymət təklifi təqdim olunan zaman bu nüansın nəzərə alınmalıdır.

·        Baş ofisdə mətbəx və mebel avandanlıqları mövcuddur.

·        50 ədəd masa və 200 ədəd stul möcvuddur.

·        Diğər metbəx avadanlıqları ( boşqablar, qaşıqlar, bıcaqlar və bu kimi mallar ) təchizatçı şirkət tərəfindən təmin olunmalıdır.

·        Təchizatçı şirkət yemək hazırlanan və təqdim olunan zaman bütün keyfiyyət standartlarına və gigiyena normalarına əməl etməlidir.

·        Təchizatçı şirkət bütün əməkdaşlarını uniforma ilə təmin etməlidir.

·        İş rejimi həftə işi 5 gün saat 8:30 – 18:30 olması nəzərdə tutulur.

4.    Menu

-       Fast Food ( Hamburger, Pizza, Sandwich və.s )

-       Səhər Yeməkləri – kruassan, omlet, rollar, buterbrodlar, puddinglər, smuzi boul, meyve ve s.)

-       Ev yeməkləri ( Qreçka, Düyü, Püre, Makaron, Katlet, Langet, sote, grill )

-       Sağlam Qidalar ( Salat, Sup, buxarda bişmə yeməklər, tərəvəzlər, meyvələr və.s )

-       Ət və balıqlar (Kabablar)

-       Təchizatçı tərəfindən təklif olunan digər yeməklər

-       Şirniyyatlar

-       Kofe maşın

-       İçkilər ( soyuq, isti, kokteyllər (spirtsiz), tebii meyve şirələri )

-       Business Lunch -1 (təchizatçı şirkət tərəfindən təqdim olunmalıdır)

-       Business Lunch -2 (təchizatçı şirkət tərəfindən təqdim olunmalıdır)

-       Business Lunch -3 (təchizatçı şirkət tərəfindən təqdim olunmalıdır)

5.    Ödəniş və digər şərtlər

·        Tender iştirakçıları keyfiyyət və istehsalçı meyarlarından irəli gələrək bir neçə təklif verə bilərlər.

·        Tender qalibi tender zamanı təqdim olunan qiymət il ərzində qüvvədə olacaq. Qiymətlər maximum 1.5 faiz dəyişdirilə bilər ancaq zaman mütləq şəkildə əvvəlcədən məlumat verilməlidir və qiymət dəyişikliyi əsaslandırılmalıdır.

·        Müqavilə 1 il ərzində qüvvədə olacaq.

·        Tələb edildikdə iştirakçı müəyyən yeməklər üzrə nümunə təqdim etmək imkanına malik olmalıdır.

·        Zərurət yarandığı halda auksion formatında tenderin ikinci mərhələsi elan edilə bilər.

6.    Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar.

-       Müvafiq sahədə peşəkarlığı, təcrübənin, texniki və maliyyə imkanları, işçi qüvvəsi, idarəetmə səriştəsi və etibarlığı olmalı;

-       Ödəmə qabiliyyəti olmalı;

-       Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı olmalı, əmlakı üzərinə həbs qoyulmamalı, ödəniş yönəlmiş girovu olmamalı;

-       Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin olmamalı;

-       Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;

-       Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalı

7.    Satınalan təşkilatın ünvanı

Bakı ş. Həsənbəy Zərdabi 81K,

Əlaqələndirici şəxs:

Anar Asgarzade

İnzibati və Təchizat departamentinin

Təchizat və satınalma şöbəsinin rəhbəri

+99412 981 daxili 1974

+99455 5056575

[email protected]

RƏYLƏR