Azay Quliyev seçicilərlə görüş keçirib

OXUNUB: 755 SOSİAL
Bu gün deputat Azay Quliyev 8-ci mikrorayon, Azadlıq prospekti, 180/20 saylı binanın həyətində açıq havada seçiciləri ilə karantin rejiminin tələblərinə riayət etməklə görüş keçirib. 
Görüşdə iştirak edən seçicilər sahibkarlıq fəaliyyətində yaranan problemlər,  abadlıq-quruculuq işləri, kommunal və məşğulluq  məsələləri ilə bağlı deputata müraciətlərini çatdırıblar. 
Seçicilərin qaldırdıqları məsələləri görüşdə iştirak edən mərkəzi və yerli icra hakimiyyət orqanlarının nümayəndələri , o cümlədən rayon bələdiyyəsinin rəhbəri aidiyyatı üzrə  qeydə alıb və onların həlli deputat tərəfindən nəzarətə götürülüb. 
Deputat vətəndaşları narahat edən digər məsələlərin də araşdırılıb həlli ilə bağlı müfaviq addımların atılacağını bildirib.
Görüşdə Binəqədi rayon İcra Hakimiyyəti başçısı Aparatının Sakinlərin Müraciət Xidmətinin rəisi Anar Səfərov, Binəqədi bələdiyyəsinin sədri Mürsəl Eminov, 
Sosial Xidmətlər Agentliyinin 2 saylı Binəqədi və Nərimanov rayon şöbəsinin müdiri Cahandar Axundov və
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 4 saylı Bakı Ərazi Məşğulluq Mərkəzinin şöbə müdiri Emin Mustafayev iştirak edib.
 




 

RƏYLƏR