2022-ci il İtaliyanın ən isti ili oldu

OXUNUB: 333 Özəl DÜNYA
2022-ci il İtaliyanın indiyə qədər keçirdiyi "ən isti il" olub. 

7NEWS.az xəbər verir ki, İtaliya Milli Araşdırma Şurasından (CNR) verilən açıqlamada, 2022-ci ilin ölçmələrin aparılmağa başladığı 1800-cü illərdən bəri qeydə alınan ən isti il olduğu bildirildi. CNR-nin İqlim Mütəxəssisi Bernardo Qozzini 2022-ci ilin dekabrında qeydə alınan yüksək temperaturun son 11 ay ilə eyni olduğunu bildirib. 

Bu ilin rekordunun yüksək və orta temperaturla bağlı olduğunu qeyd edən Qozzini ölkədə aşağı temperatur rekordunun 2018-ci ildə olduğunu bildirib. Gozzini həmçinin bildirib ki, Yeni il ərəfəsində ölkə daxilində temperaturun orta göstəricidən 5-6 dərəcə yuxarı olacağı gözlənilir. 

İtaliyada il ərzində həddindən artıq istilər və yağıntıların olmaması səbəbindən son 70 ilin ən şiddətli quraqlığı yaşanıb. İtaliya Kənd Təsərrüfatı Birliyi (Coldiretti) də builki quraqlığın xüsusilə kənd təsərrüfatı sektorunda 6 milyard avro itkiyə səbəb olduğunu bildirib. 

7NEWS.az

RƏYLƏR