İnfeksiyaya görə xəstəxanaya yerləşdirilən Norveç kralı 5-ci Heraldin vəziyyətinin stabil olduğu açıqlanıb.
7NEWS.az xəbər verir ki, Norveç kralı 5-ci Heraldın infeksiya səbəbilə xəstəxanaya yerləşdirildiyi açıqlanıb. 85 yaşlı kralın vəziyyətinin stabil olduğu bildirilir. Kral V Harald son illərdə bir neçə sağlamlıq problemi yaşadı və 2020-ci ildə ürək qapağı əməliyyatı keçirdi. Vəzifələri təntənəli xarakter daşıyan Kral Harald 1991-ci il yanvarın 17-də atası Kral Olavın ölümündən sonra taxta çıxdı.
7NEWS.az