Norveç Nobel Komitəsi 2023-cü il Nobel Sülh Mükafatına 305 namizədin irəli sürüldüyünü bildirib.
7NEWS.az xəbər verir ki, Osloda yerləşən Norveç Nobel Komitəsi, namizədlik ərizələrinin başa çatdığı fevralın 1-nə namizədlərin sayının 305 olduğunu və beləliklə, 2019-cu ildən bəri ən aşağı nominasiya sayı olduğunu açıqladı.
Son 8 ildə mükafata namizədlərin sayı 300-dən çox olsa da, 2016-cı il 376 namizədlə ən çox namizədin qeydə alındığı il olub.
7NEWS.az