7NEWS.az xəbər verir ki, Səhiyyə naziri Mitoha Ondo'o Ayekaba, Marburq virusu xəstəliyi səbəbiylə 2 yeni ölümün qeydə alındığını açıqladı. Həyatını itirənlərlə təmasda olan 48 nəfəri müəyyən etdiklərini bildirən Ayekaba təmasda olan 7 nəfərin müşahidə altında olduğunu bildirib. Ümumdünya Səhiyyə Təşkilatı fevralın 14-də ölkənin qərbindəki Kie-Ntem əyalətində ən azı 9 ölümdən sonra viral hemorragik qızdırma testlərinin müsbət çıxdığını açıqlayıb.
7NEWS.az