Etna vulkanı yenidən aktivləşib

OXUNUB: 259 Özəl DÜNYA

7NEWS.az xəbər verir ki, İtaliyanın Siciliya adasında yerləşən Avropanın ən hündür vulkanı Etna dünən axşam saatlarında yenidən aktivləşib. İtaliya Milli Geofizika və Vulkanologiya İnstitutunun (INGV) verdiyi açıqlamaya görə, vulkan təxminən 4500 metr yüksəkliyə lava və kül səpdi. Adanın bir çox nöqtəsində müşahidə edilən vulkanik aktivliyin Kataniya hava limanında uçuşlara təsir etmədiyi öyrənilib.

7NEWS.az

RƏYLƏR