“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir

OXUNUB: 833 Özəl SOSİAL
 "YAŞAT” Fondu tərəfindən müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi istiqaməti üzrə işlər davam etdirilir. 
Şəhidimiz Rövşən Əliyevin həyat yoldaşı Azadə Əhmədovanın müayinəsi zamanı sağ gözündə torlu qişanın regmatogen qopması diaqnozu təyin olunub. Həmin gözə torlu qişanın bərpası əməliyyatının həyata keçirilməsi, "Endolazer koagulasiya”, eyni zamanda sol gözündə katarakta əməliyyatlarının icra olunması məsləhət görülüb.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin icbari tibbi sığorta üzrə xidmətlər zərfində yer alan torlu qişanın bərpası və katarakta əməliyyatı icra olunub. Xidmətlər zərfində yer almayan "Endolazer koagulasiya” əməliyyatı və "Ozurdex intravitreal  inyeksiya” proseduru xərcləri isə "YAŞAT” Fondu tərəfindən qarşılanıb.

"YAŞAT” Fondunun hesabatları və xərclənən vəsaitlərlə bağlı ətraflı məlumatı yashat.gov.az rəsmi internet saytının Hesabatlar (https://yashat.gov.az/report/tableau) bölməsindən əldə edə bilərsiniz.

Yüksək keyfiyyətli formada videolink: https://we.tl/t-7jRXoVd37Y

RƏYLƏR