“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir

OXUNUB: 457 Özəl SOSİAL

"Hamınız gələcəksiniz, bu torpaqlarda gəzəcəksiniz, istirahət edəcəksiniz. Səfalı, görməli yerlərdir. Bilirəm ki, hamı tələsir”. 

Bu fikirləri səsləndirən müharibə əlili Hətəmov Elçin Sabir oğlu 2020-ci ilin 27 sentyabr tarixində başlayan Vətən müharibəsinə könüllü olaraq qatılıb, Füzuli, Qubadlı və Cəbrayıl istiqamətlərində gedən döyüşlərdə iştirak edib.

"Qubadlının azad olunmasına görə”, "Cəbrayılın azad olunmasına görə”, "Cəsur döyüşçü”, "Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilən qazimiz "YAŞAT” Fondunun dəstək istiqamətlərindən yararlanıb. 

"YAŞAT” Fondunun hesabatları və xərclənən vəsaitlərlə bağlı ətraflı məlumatı yashat.gov.az rəsmi internet saytının "Hesabatlar” (https://yashat.gov.az/report/tableau) bölməsindən əldə edə bilərsiniz.

Yüksək keyfiyyətli formada videolink: https://we.tl/t-X95Oekpb9Z

RƏYLƏR