Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü

OXUNUB: 405 Özəl SOSİAL
18 aprel 2024-cü il tarixində Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədr müavini Ramil Həsən Ucar rayon Heydər Əliyev Mərkəzində seçicilərlə görüşüb. 
Əvvəlcə millət vəkili Ramil Həsən və Yeni Azərbaycan Partiyası Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva ulu öndər Heydər Əliyevin Ucar şəhər mərkəzində ucaldılmış abidəsini ziyarət edib, abidə önünə gül dəstəsi qoyub. Daha sonra rayon mərkəzində yerləşən Şəhidlər xiyabanında Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin məzarları ziyarət edilib, xatirələri ehtiramla yad edilib.

Ucar rayon seçiciləri ilə görüş çərçivəsində millət vəkili Ramil Həsən vətəndaşları qəbul edib, onları narahat edən qayğı və problemlərlə maraqlanıb. Seçicilər görüşdə əsasən təhsil, səhiyyə, işsizlik, fərdi ev tikintisinə icazə, sosial problemlərin həlli, su, kanalizasiya problemləri, maddi dəstək, pensiya təyinatı, rayon mərkəzində yol-nəqliyyat infrastrukturu, məhkəmə işi və digər məsələlərlə bağlı fikirlərini millət vəkilinə bildiriblər.

Seçicilərin bir qismi görüşdə artıq həllini tapmış məsələlərlə bağlı deputat Ramil Həsənə dərin təşəkkürlərini ifadə ediblər.

Ramil Həsən seçicilərini maraqlandıran və narahat edən məsələlərin tərəfindən araşdırılacağını və müvafiq dövlət qurumlarına çatdırılması ilə əlaqədar tədbirlərin görüləcəyini bildirib.
 











 
 
7News.Az

RƏYLƏR