23 yaşlı gənc qızı boğaraq qətlə yetirən şəxs saxlanıldı

OXUNUB: 469 Özəl HADİSƏ SOSİAL
Naxçıvan Muxtar Respublikası Prokurorluğundan 7NEWS.az-a verilən  məlumata görə iyunun 19-u saat 08 radələrində Naxçıvan şəhəri Qaraxanbəyli kəndində 2000-ci il təvəllüdlü Telli Alcəfərovanın ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırma zamanı 1985-ci il təvəllüdlü Röyal Zeynalovun yaşadığı evin həyətində həmkəndlisi Telli Alcəfərovanı boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Naxçıvan şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Röyal Zeynalov prokurorun qərarı əsasında şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. 

İbtidai istintaq davam edir.

RƏYLƏR