24 yaşlı Minə müştərinin qaşlarını aldı, sinəsindən bıçaqlandı - FOTO

OXUNUB: 811 DÜNYA
Denizlidə 24 yaşlı saç ustası Mine Cankal 5 lirə üçün həyatını itirəcəkdi.

İcmal.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə belə baş verib.

Safiye Bulut adlı gənc qız salona gələrək iş istəyib. Mine Cankal günlük 15 lirə verə biləcəyini söyləyib. Safiye isə "Mən uşağam?" deyerək hirslənib və salondan çıxıb. 

Səhəri gün salona müştəəri kimi gələn Bulut qaşlarını aldırıb. Mine Cankal isə qarşılığında 5 lirə istəyib. Ödəniş etmək istəməyən qız salondan çıxarılıb. O, salonun kənarında gizlənərək Minenin çıxmasını gözləyib, bu zaman isə onun üzərinə hücum çəkərək sinəsindən və ayağından bıçaqlayıb.

Ağır yaralanan Mine xəstəxanaya çatdırılıb, 2 gün komada qalıb.

Polis 5 gündür cinayətkarı axtarır.
 
İcmal.Az

RƏYLƏR