26 yaşlı gənc sərxoş halda avtomobil oğurladı: qəzaya düşdü

OXUNUB: 516 HADİSƏ

Tovuzda avtomobil oğrusu qəza törədib.

Hadisə rayon ərazisində baş verib. Rayonun Xatınlı kənd sakini, 1991-ci il təvəllüdlü Rüstəmov Əli Firudin oğlu sərxoş vəziyyətdə rayonun Aşağı Quşçu kəndinə gələrək oradan "VAZ" markalı avtomobili oğurlayıb.

Ə.Rüstəmov həmin avtomobili qaçırmaq istəyərkən rayon ərazisində idarəetməni itirərək qarşı yola çıxıb və nəticədə iki avtomobillə toqquşub.

Hadisə yerinə gələn Tovuz Rayon Polis Şöbəsinin əməkdaşları Ə.Rüstəmovun sərxoş olduğunu və idarə etdiyi avtomobili oğurluq yolu ilə əldə etdiyini müəyyənləşdirilib.

 

Ə.Rüstəmov polis tərəfindən saxlanılıb.

Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində araşdırma aparılır./trend

İcmal.Az

RƏYLƏR