Bakıda şagirdin digər məktəbliləri döydüyü iddia olunur.
Oxu.az-ın məlumatına görə, hadisənin 271 nömrəli tam orta məktəbdə baş verdiyi bildirilir.
Təhsil müəssisəsindən əldə olunan məlumata görə, N.A. adlı şagird, demək olar ki, hər gün məktəblilərə fiziki şiddət göstərir.
Məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb.
Qeyd edək ki, ötən ilin (2025-ci ilin fevral ayında) əvvəlində də sözügedən məktəbdə şagirdlər arasında insident görüntüləri sosial şəbəkələrdə müzakirə mövzusu olmuşdu.



















