"3-4 dəfə çəkmişəm" - Bağında narkotik becərən şəxs - VİDEO

OXUNUB: 566 SOSİAL
Hasarın dibi boyu əkdiyi çətənə kollarının satışı ilə məşğul idi.

ARB TV-yə istinadla xəbər verir ki, Bakının Sabunçu Rayon Polis İdarəsi 42-ci Polis Bölməsi əməkdaşlarının əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi və kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb.

Polis bölməsinə daxil olan məlumat əsasında Maştağa qəsəbə sakini Anar Əliyev yaxalanıb. Onun Sabunçu rayonu Ləhic bağları ərazisində yerləşən bağ evinə hal şahidlərinin iştirakı ilə baxış keçirilən zaman gizli olaraq əkib-becərdiyi 43 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.

Saxlanılan Anar Əliyev ifadəsində narkotik tərkibli bitkiləri şəxsi istifadəsi üçün əkdiyini bildirib:

"Özüm çəkmək üçün əkmişdim. 3-4 dəfə çəkmişəm. Hardasa 2-3 həftə bundan qabaq əkmişəm, bir neçə dəfə də sulamışam".

Faktla bağlı 42-ci Polis Bölməsində toplanan material araşdırılması üçün Sabunçu Rayon Polis İdarəsinə göndərilib.

 

İcmal.Az

RƏYLƏR