Türkiyənin məşhur qış turizm məkanlarından olan Uludağa yürüş edən 5 alpinist itkin düşüb.
Onlardan ikisi peşəkar olduğu üçün öz bacarıqları sayəsində geri qayıda biliblər.
Digər 3 nəfər isə şəlalədən keçərkən islandıqları üçün donma təhlükəsi yaşayır. Onlardan birinin ayağının sındığı bildirilir. Alpinistlər donma təhlükəsinə qarşı qardan sığınacaq düzəldərək ocaq qalayıblar.
Ətraf ərazinin əlverişsiz olması səbəbilə köməksiz qalan qrupa axtarış-xilasetmə jandarmı, AFAD və "Nilüfər” axtarış komandası kömək edə bilməyib.
Qurudan itkin düşənlərə yardım etmək istəyən komandalar əlverişsiz hava şəraiti və bölgənin qayalıq olması səbəbilə helikopterlə hərəkət edə bilməyiblər. Axtarış işlərinin daha keyfiyyətli aparılması üçün səhərin açılmasını gözləyiblər./publika
İcmal.Az

























