5 dəqiqəliyinə evdəki "pitbull"lar ilə yalnız qalan 3 həftəlik körpə həyatını itirib.
İtlərdən biri Susannah Jean Murray adlı körpəyə hücum edib.
Susannah təcili olaraq əməliyyat olunsa da, körpə bir neçə saat içində həyatını itirib.
İfadəsi alınan qonşular itlərin təhlükəli olduqlarını və çölə çıxarıldıqlarında onlara hücum etdiklərini deyiblər.
Polislər üç "pitbull"u aidiyyəti qurumlara təhvil veriblər.
Polis Terry Dikson bu cür hadisləri yalnız "pitbull" cinsindən olan itlərin yox, istənilən it növünün törədə bilmək təhlükəsinin olduğunu qeyd edib. Polis məmuru bir uşağı hər hansı bir itlə yalnız qoymamağa çağırıb./milli
İcmal.Az

























