3 uşaq atası nevroz xəstəsi özünü öldürüb

OXUNUB: 701 HADİSƏ

Bakıda intihar hadisəsi baş verib.

Hadisə paytaxtın Suraxanı rayonu ərazisində baş verib.

Rayonun Hövsan qəsəbə sakini, 1962-ci il təvəllüdlü Quliyev Qulu Mirzə oğlu yaşadığı evin həyətindəki yardımçı tikilidə özünü asaraq intihar edib.

Məlumata görə, 3 övlad atası və nevroz xəstəsi olmuş Q.Quliyev Nevroloji Dispanserdə qeydiyyatda olub.

Faktla bağlı Suraxanı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb./trend

 

İcmal.Az

RƏYLƏR