40 illik arvadını çəkiclə öldürən kişinin cavabı HEYRƏTLƏNDİRDİ - VİDEO

OXUNUB: 732 DÜNYA

Türkiyənin Çorum rayonunda 40 ildir evli olduğu həyat yoldaşını başına çəkiclə vuraraq öldürən yaşlı kişi həbs edilib.
 
İcmal.Az Haberler-ə istinadən xəbər verir ki, polisə təslim olan 64 yaşlı adamın məhkəməyə aparılarkən jurnalistlərin ona ünvanladığı "Peşmansınızmı?" sualına "Heç peşman deyiləm" cavabı hər kəsi dəhşətə gətirib.

TƏFƏRRÜAT

Ali B. və 64 yaşlı arvadı Hanife B. arasında ötən gecə naməlum səbəblərdən mübbahisə düşüb. Mübahisənin davaya çevrilməsi sonrası Ali Hanifeni çəkiclə öldürüb. Sabahı polisə gedərək könüllü təslim olan şübhəlinin ifadəsindən sonra evə baxış keçirən polis əməkdaşları 4 uşaq anası Hanife B-ni yataq otağında ölü halda tapıblar.

 

İcmal.Az

40 illik arvadını çəkiclə öldürən kişinin ifadəsi

RƏYLƏR