40 min gənc ilin ən böyük gənclər tədbirinə qeydiyyatdan keçdi

OXUNUB: 203 Özəl SOSİAL

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı və aparıcı tələbə və könüllü təşkilatlarının dəstəyi ilə Bakı Kristal Zalında zəfər dolu ilin ən böyük gənclər tədbiri olan "Həmrəylik Festivalı” keçiriləcək. 
 
Tədbirdə ərazi bütövlüyü tam təmin olunmuş bir ölkənin qalib gəncləri müasir tariximizin ən uğurlu illərindən birini böyük şənliklə qeyd edəcəklər.

Festivalın konsert proqramında Xalq artistləri Röya Ayxan və Miri Yusif, bəstəkar-müğənni Murad Arif, müğənnilər İlhamə Qasımova və Hiss, həmçinin DJ Kənan Drums öz ifaları ilə şənliyə zövq qatacaqlar.

Qeyd edək ki, gənclər arasında böyük marağa səbəb olan festivalda iştirak üçün beş gün ərzində 40 minədək gənc müraciət edib.
 





 

 

 

RƏYLƏR