7NEWS.az xəbər verir ki, İndoneziyanın Cambi əyalətində 54 yaşlı Jarrah adlı qadın rezin toplamaq üçün meşəyə getdikdən sonra yoxa çıxıb. Qadından xəbər alınmadıqdan sonra bölgədə axtarış-xilasetmə işlərinə başlanılıb. İki günlük axtarışdan sonra qruplar meşədə qarnı şişmiş 6 metr uzunluğunda piton tapıblar. Müayinələrdən sonra qadının cəsədinin ilanın mədəsində olduğu anlaşılıb.
7NEWS.az