6 yaşlı qız evsizlərə kömək etmək üçün hekayə yazıb, satır - FOTO

OXUNUB: 609 DÜNYA

Dekabr ayında uşaqların çoxu "Şaxta baba"nın nə gətirəcəyini düşünsələr də, 6 yaşlı Amelia Campbell (Ameli Kampbel) bu cəhətdən yaşıdlarından fərqlənir.

Londonda yaşayan Ameli hər gün anası ilə birlikdə dərsdən çıxıb evə gedərkən küçədə yatan evsiz insanlarla rastlaşıb. O, anasına "bu insanlar niyə küçədə yatırlar?", "Bu insanların anaları ataları yoxdur?", "Onlar da bizimlə birlikdə evə gələ bilərlər?" kimi suallar verib.

Amelinin anası Cessi Kampbel Independent-ə danışarkən ona cavab verməkdə çətinlik çəkdiyini söyləyib.

"Bəzi insanların kimsəsiz qaldığını, bəzilərinin qaçqın olduqlarını, hər kəsi evə gətirməyin düzgün olmadığını ona başa saldım. Lakin onun bəzi suallarına cavab verməkdə çətinlik çəkirəm", - deyə Cessi Kampbel deyib.

 

Qızının düşüncələri ilə qürur hissi keçirən qadın bildirib ki, qızı evsizlərə yardım etmək üçün pul yığmaq qərarına gəlib. Lakin onun pulu olmadığına görə, o, hekayələr yazıb, dost tanışlarına, qohumlarına satıb. Onun hekayəsinin adı "The Two Dragons" (İki əjdaha) olub.

Ameli qısa müddət ərzində 1200 funt sterlinq yığa bilib. O, valideynlərinin köməkliyi ilə pulları xeyriyyə cəmiyyətinə bağışlayıb./milli

İcmal.Az

RƏYLƏR