60 ilin təyyarəsinin SON UÇUŞU: 9 ölü (YENİLƏNDİ)

OXUNUB: 521 DÜNYA

ABŞ-da C-130 ("Hercules") hərbi-nəqliyyat təyyarəsinin qəzaya uğraması nəticəsində 9 nəfər həlak olub.

İcmal.Az xəbər verir ki, hadisə vaxtı təyyarənin göyərtəsində Puerto-Rikonun Milli Qvardiyasının zabitləri olub. Onlar istefaya çıxmaq üçün Arizonaya gəlirmiş. Bu, həm də 60 il istismar edilən təyyarənin son uçuşu olmalı idi. Lakin təyyarə beynəlxalq hava limanından qalxdıqdan dərhal sonra yanmağa başlayıb və avtomagistrala düşüb. Polis nümayəndəsi həmin vaxt yolda heç bir avtomobilin olmamasını möcüzə adlandırıb. Puerto-Rikonun Milli Qvardiyasının nümayəndəsi, mayor Pol Dalen qeyd edib ki, C-130 ("Hercules") hərbi-nəqliyyat təyyarəsi köhnə olmasına baxmayaraq, yaxşı vəziyyətdə olub. C-130 ("Hercules") təkcə ABŞ-ın deyil, bir çox ölkələrin Hərbi Hava Qüvvələrində əsas taktiki nəqliyyat vasitəsidir.

***

ABŞ-ın Corciya ştatında C-130 ("Hercules") hərbi-nəqliyyat təyyarəsi qəzaya uğrayıb.

İcmal.Az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə ABŞ Hərbi Hava Qüvvələrinin Mətbuat xidməti məlumat yayıb. Qəzanın təfərrüatları barədə açıqlama verilməyib.

 

İcmal.Az

RƏYLƏR