7 gün ərzində “Togg T10X” üçün 100.000 ön sifariş verildi

OXUNUB: 196 Özəl DÜNYA
"Togg”un ilk smart cihaz modeli olan T10X üçün 7 gün ərzində 100 min ön sifariş verilib. 

2023-cü il boyu istifadəçilərlə görüşəcək 12 min T10X üçün ön sifariş sahiblərini müəyyən edəcək çəkiliş prosesi 27 Mart tarixinə qədər davam edəcək. 

Bu prosesdə Trumore tətbiqindən və ya Togg veb saytından Tru.ID yaradan hər bir fərdi istifadəçi əvvəlcədən sifariş etmək istədikləri T10X-i konfiqurasiya edərək və 60 min lirə köçürdükdən sonra ilkin ödəniş etməklə lotereyada iştirak etmək hüququ qazanacaq. 

İlkin sifariş müddəti bitdikdən sonra rəqəmsal tiraj notariusun iştirakı ilə martın 28-də keçiriləcək. 

7NEWS.az

RƏYLƏR