7 və 12 yaşlı qızları öldürüb duzladılar - FOTO

OXUNUB: 614 DÜNYA
Hindistanın Uttar-Pradeş ştatındakı Şarda su kanalının sahilində iki qızın şaqqalanmış cəsədləri polietilen kisələrdə tapılıb.

7 və 12 yaşlı qızları öldürən qatillər cəsədləri şaqqalayandan sonra kisələrə yığmışdılar. Onlar cəsədləri duzlamış və suya atmışdılar ki, izi itirsinlər.

Polis istintaqa başlayıb. Qətlə yetirilən qızların kimliyi, habelə onların qətlə yetirldiyi konkret vaxt bəlli deyil. Həmin uşaqların başqa ştatdan da gətirildiyi istisna olunmur.

İlkin məlumatlara görə, cinayətkarlar qızların ağızlarına əski tıxayandan sonra onları boğublar./milli

İcmal.Az

RƏYLƏR