Dünyanın ən məşhur musiqiçilərindən və müğənnilərindən biri, Rolling Stones qrupunun solisti, 74 yaşlı Mik Caqqer yeni eşqə düşüb.
Canlı əfsanə 22 yaşlı prodüser Nur Əlfallaya vurulub.
Mik Caqqer özündən 52 yaş kiçik sevgilisi ilə Parisdə istirahətdə olarkən paparassilərdən yayına bilməyib.
M.Caqqerin hazırda qeyri-rəsmi nikahda yaşadığı xanımı, 31 yaşlı balerina Melani Hamriklə izdivacından Devero adlı 10 aylıq qızı var.
Britaniyal sənətçi indiyədək 2 dəfə rəsmi nikahda olub. 1971-1979-cu illərdə o, nikaraqualı Byanka Caqqerlə, 1983-1999-cu illərdə isə model Cerri Holla yaşayıb.
Ümumiyyətlə isə onun 5 qadından 8 övladı var:
1. Müğənni Marşi Şant - Keris Hant Caqqer (47 yaş)
2. Byanka Caqqer - Ceyd Şina Cezebel Caqqer (46 yaş)
3. Cerri Holl - Elizabet Skarlett Caqqer (33 yaş), Ceyms Leroy Oqüsten Caqqer (32 yaş), Corciya Mey Eyşa Caqqer (25 yaş), Qebriel Lyuk Boreqard Caqqer (20 yaş)
4. Lüsiana Himenes - LUkas Moris Morad Caqqer (18 yaş)
5. Melani Hemrik - Devero Oktavian Bezil Caqqer (10 aylıq)
Mik Caqqerin 5 nəvəsi və 3 yaşlı, Ezra Key adlı nəticəsi var./milli
İcmal.Az

























