8 yaşlı qız göbələkdən zəhərlənərək ölüb

OXUNUB: 779 HADİSƏ

Volqoqradda 8 yaşlı qız göbələkdən zəhərlənərək dünyasını dəyişib.

 8 yaşlı qız və valideynlərinin Yelan rayonundakı meşədən yığdıqları göbələkdən yedikləri bildirilir. Növbəti gün ailə zəhərlənmə diaqnozu ilə rayon xəstəxanasına yerləşdirilib.

Qızın vəziyyəti ağırlaşdığına görə həkimlər onu vilayət mərkəzində müayinə edib. Həkimlərin səyinə baxmayaraq qız oktyabrın 11-də vəfat edib.

Faktla bağlı araşdırma aparılır. Araşdırmanın nəticələrinə əsasən yekun qərar veriləcək./trend

 

İcmal.Az

RƏYLƏR