7NEWS.az xəbər verir ki, Kanada və Hindistandakı tədqiqatçılar Hindistandakı nəhəng teleskopun köməyi ilə "SDSSJ0826+5630" qalaktikasından gələn siqnalı çəkiblər. Radio dalğasının astronomlara keçmişə nəzər salmalarına və 13,7 milyard il yaşı olduğu düşünülən ilk kainatı anlamalarına imkan verə biləcəyi ifadə edildi. Yadplanetlidən gəlməməsi bildirilən siqnalın bu qədər uzaq məsafədən alınan ilk siqnal olduğu bildirilib. Kosmoloq Arnab Çakraborti "Bu siqnal sayəsində 8,8 milyard illik tarixə nəzər salmaq olar” deyib.
7NEWS.az