90 yaşlı kişi 50 illik arvadını çəkiclə öldürdü

OXUNUB: 820 DÜNYA

Türkiyədə qətl hadisəsi törədilib.

Hadisə Manisa şəhərinin Süleymaniye Mahallesində baş verib.

90 yaşlı kişi 50 illik həyat yoldaşını çəkiclə başından vuraraq öldürüb. Yusuf G. adlı kişi 75 yaşlı xanımı Ganime G.nı yaşadıqları evin həyətındə öldürüb. Başına iki dəfə çəkiclə vurduqdan sonra xanımının hərəkətsiz halda yerdə uzandığını görən kişi qonuşlara xəbər edib.

 

Qonşular isə polisə xəbər veriblər. Kişi saxlanılıb. O, cinayət törətdiyini etiraf edib. Kişi bildirib ki, əsəblərini cilovlaya bilmədiyinə görə bədbəxt hadisə baş verib./milli

 

İcmal.Az

RƏYLƏR