7NEWS.az xəbər verir ki, Kosovo Aİ ilə vizasız səyahətə bir addım daha yaxındır. Avropa Şurasının Kosovo vətəndaşları üçün AB-yə vizasız gediş-gəlişlə bağlı etdiyi yazılı şərhdə, Şura sədrliyi və Avropa Parlamentinin nümayəndələri pasport sahiblərinə vizasız səyahətlə bağlı tənzimləmə layihəsi üzərində razılığa gəldiyi bildirilib. Layihəyə əsasən, Kosovo pasportu sahibləri 90 gün ərzində Aİ-yə vizasız gedə biləcəklər. Sözügedən viza azadlığının Avropa Səyahət Məlumat və Səlahiyyət Sisteminin (ETIAS) fəaliyyətə başladığı tarixdən və istənilən halda ən geci 1 Yanvar 2024-cü il tarixindən etibarən qüvvədə olacağı bildirilib.
7NEWS.az