Abbas Bağırov ata olmağa hazırlaşır

OXUNUB: 625 ŞOU-BİZNES

Əməkdar artist Abbas Bağırov yenidən ata olacaq.

İcmal.Az xəbər verir ki, müğənni bu haqda "Maşın” realiti şousunda açıqlama verib.

O bildirib ki, oğlu dünyaya  gələcək:

"Yadınızdadırsa, demişdim ki, avtomobili qazansam, bir nəfərə hədiyyə edəcəyəm. O, mənim oğlum idi. Yaxın aylarda oğul atası olacağam”.

Qeyd edək ki, Abbasın ilk nikahından bir qız övladı var. O, ötən il ikinci dəfə ailə qurub.

 

İcmal.Az

RƏYLƏR