Abel Məhərrəmova qarşı 800 minlik pul iddiası təmin edildi - AKADEMİK VİLLALARINDA, BAĞINDA, RESTORANLARINDA İŞLƏTDİYİ USTALARA OLAN BORCUNU VERMİR

OXUNUB: 172 Özəl GÜNDƏM HADİSƏ
Bakı Dövlət Universitetinin sabiq rektoru, AMEA üzvü Abel Məhərrəmovdan pul iddiasına qarşı məhkəmə işi üzrə qərar elan olunub.

Qərara görə,  BDU-nun sabiq rektoru 800 min manatdan artıq vəsaiti ödəməli olacaq. 

Gununsesi.info məhkəmə sənədlərinə istinadən  xəbər verir ki,  Yasamal Rayon Məhkəməsində  İsimxan Mirzəyev və bir neçə nəfərin iddiası üzrə  keçirilən məhkəmədə Abel Məhərrəmovun işlətdiyi usta və fəhlələrin pullarını vermədiyi üzə çıxmışdı.

Belə ki, Bakı şəhəri, Süleyman Dadaşov küçəsindəki 4-mərtəbəli villa inşa etdirən Abel Məhərrəmov müqaviləyə əsasən 71 ədəd pilləkənin hazırlanması və quraşdırılmasına görə 21300 (iyirmi min üç yüz) manat (bir ədədi 300 manatdan); mansardın quraşdırılmasına görə 15000 (on beş min) manat; qapıların hazırlanması və quraşdırılmasına görə  dəyəri 20000 (iyirmi min) manat; şəbəkənin (reşyotkanın) hazırlanması və quraşdırılmasına görə dəyəri 15000 (on beş min) manat; istilik sisteminin qarşısındakı alkovun (besedkanın) hazırlanması və quraşdırılmasına görə 10000 (on min) manat; sahəsi 30 kv.m olan barın quraşdırılmasına görə 9000 (doqquz min) manat (metri 300 manatdan); ümumi dəyəri 90300 (doxsan min üç yüz) manat olan işlərə görə ödməli olduğu vəsaiti ödəməyib.

Bundan başqa rektor özünəməxsus "Mona Liza” şadlıq sarayında bar, mebel və s. işlər gördürüb. Buna görə də hesablanmış 70000 (yetmiş min) manatdan cəmi 25 min ödəyib.

Abel Məhərrəov, həmçinin Mərdəkan qəsəbəsindəki bağ evində sahəsi 44 kv. m olan kitab mebeli, mətbəx mebeli  də indiyə kimi ödəniş etməyib.

Sabiq rektor  daha sonra Bakı şəhəri, Şərifzadə küçəsindəki "Qlobus” bağçasında materialı ustalardan  olmaqla ümumi dəyəri 80000 (səksən min) manat olan işlər gördürüb.

Burada qapıların, mebelin yığılması, çarpayıların və s. Hazırlanmasına  görə yalnız alınmış materialın pulu – 15000 manat ödənilib. Yerdə qalan  65000 (altmış beş min) manat ödənilməyib.

Abel Məhərrəmov ina etibar edən usta briqadasına Nabranda da "atıb”.

Belə ki, Xaçmaz rayonunun Nabran qəsəbəsinin Seyidli ərazisində "El Faro” Ailəvi İstirahət və Əyləncə Mərkəzində ümumi dəyəri 15000 (on beş min) manat olan (bir ədədi 50 manatdan) 300 ədəd qapının quraşdırılması; 4000 kv.m sahədə ümumi dəyəri 160000 (yüz altmış min) manat olan (kvadrat metri 40 manatdan) üzləmə işlərinin icrası; mebellərin yığılması üzrə ümumi dəyəri 20000 (iyirmi min) manat; barların yığılması üzrə ümumi dəyəri 15000 (on beş min) manat olan işlərin icrasına görə, ödəməli olduğu 210000 (iki yüz on min) manat əvəzinə 40 ayda cəmi 24000 manat (yemək pulu) verib. Rektor bu günə kimi isə 186000 (bir yüz səksən altı min) manat ödəməyib.

Beləliklə, bir neçə epizod üzrə Abel Məhərrəmova qarşı 800 min  manatdan artıq pul iddiası irəli sürülüb.

Dünən keçirilən məhkəmədə iddia təmin olunub./Gununsesi.info

RƏYLƏR