Abituriyent İNTİHARLARI GÜNDƏMDƏ: Valideynlər HƏBS OLUNA BİLƏR - AÇIQLAMA

OXUNUB: 645 SOSİAL
Xəbər verdiyimiz kimi bir neçə gün əvvəl Sumqayıtda iki abuturiyent istədiyi balı toplamadığı üçün intihar edib. Həmin uşaqların yaxınlarının verdiyi məlumata görə onların intihar etməsində ailələrindəki problemlər də xüsusi rolu oynayıb.

Bununla bağlı BiG.AZ-a açıqlama verən psixoloq Vəfa Əkbər qeyd edib ki, hər şey birinci ailədən qaynaqlanır: "Uşağın cəmiyyətini, çevrəsini, hansı məktəbdə oxuyacağını da valideynlər seçir. Ailənin insan həyatında rolu böyük olur. Böyük ehtimal intiharda ailənin ali təhsili böyütməsi, abturiyentə aşırı yüklənmə, bizi bu problemlərdən qurtaracaqsan fikrinin səsləndirilməsi uşağın psixologiyasına mənfi təsir göstərir. Valideynin öz övladının potensialını bilmədən ona aşırı yüklənir. İmtahana bir həftə qalmış isə eybi yox, nə yığarsan yığ sözləri artıq arxadan atılan daş topuğa dəyər məsələsinə oxşayır. Bir il ərzində uşağa o qədər yüklənirlər ki, son bir həftənin təsiri olmur. Belə olanda da uşaq qarşısına qoyur ki, mən qəbul olmalıyam. Balı aşağı olanda artıq missiya bitmiş olur. Artıq sən heç kimə lazım deyilsən fikri onu rahat buraxmır. Belə olanda da etdiyi hərəkətləri idarə edə bilmir. Bunu tək valideynin üzərinə atmaq da olmaz. 

Abituriyent İNTİHARLARI GÜNDƏMDƏ: Valideynlər HƏBS OLUNA BİLƏR - AÇIQLAMA

Psixoloq vurğulayıb ki, bu məsələdə müəllimlərin də böyük rolu var: "Müəllim bilir ki, uşağın götürmə qabiliyyəti çox aşağıdır. Bunun yığacaq bal maksimum 200-300-dür. Həmin abuturiyentə demək ki, mənim fənnimdən ən azından 20 yazasan. Puldan ötrü anaya, ataya uşağı yalandan tərifləyir. Əgər hər bir müəllim bu məsələyə məsuliyyətli yanaşsa, gercəkləri deməyi bacarsa, müəllim abuturiyentə gəlir kimi baxmasa, uşağın potensialını əvvəlcədən valideynə desə bu cür hadisələr yaşanmaz. Amma təəssüf ki, bu gün valideynlər və müəllimlər ayrı-ayrılıqda öz çıxarlarını düşünürlər. Daha diqətcil, övladları üçün çalışan valideynlərdə var. Söhbət çalışmaq o demək deyil gecə-gündüz işləyəsən. Elə məsuliyyətli valideynlər var ki, imtahana 2-3 ay qalmış psixoloq yanına gətirirlər. Elə valideynlər var ki, ilin əvvəlindən uşağını psixoloq yanına gətirir ki, abuturiyentdir. Biz onunla necə davranmalıyıq. Belə olanda da abuturiyent istədiyi balı toplaya bilir. Çünki o, güvən və dayağı hiss edir. Gördüyü işləri uşağa minnət qoyması artıq həmin valideynin özünün natamamlıq kompleksindən əziyyət çəkməsi deməkdir. O qədər özü üçün heç nə etməyib ki, kimsə üçün nəsə edəndə də artıq qarşısındakına minnət qoymuş olur. Belə olduqda da övladını çox incitmiş olur”. 

Abituriyent İNTİHARLARI GÜNDƏMDƏ: Valideynlər HƏBS OLUNA BİLƏR - AÇIQLAMA

Vəkil Tural Süləymanov vurğulayıb ki, əgər övladın valideynin təqsiri nəticəsində özünü öldürdüyü sübuta yetirilərsə onda cinayət məcəlləsinin 125 maddəsi ilə məsuliyyətə cəlb oluna bilər. Yəni özünü öldürmə həddinə çatdırmaya görə valideyn 3 ildən 7 ilədək həbs edilə bilər. 

İcmal.Az

RƏYLƏR