7NEWS.az xəbər verir ki, ABŞ-ın Nyu-York şəhərindəki Metropolitan İncəsənət Muzeyində sərgilənən və dəyəri 20 milyon dollardan çox olan 60 ədəd arxeoloji əsər İtaliyaya qaytarılıb.
Qədim əşyalar, o cümlədən Heraklın təsvir olunduğu divar rəsmləri oğurlandıqdan sonra qeyri-qanuni yolla ABŞ-a gətirilib. Pompey sənətinin klassik üslubunda hazırlanmış freskada Herakl ilanı boğan oğlan kimi təsvir edilmişdir.
ABŞ rəsmiləri sentyabr ayında sözügedən antikaların İtaliyaya qaytarılacağını açıqlamışdı.
7NEWS.az