7NEWS.az xəbər verir ki, Donald Tramp administrasiyası "anti-İsrail ön mühakimələri” və UNESCO-da "köklü islahat”a ehtiyac olduğunu əsas gətirərək təşkilatı tərk etdiyini açıqlayıb. Eyni şəkildə, 2011-ci ildə UNESCO Fələstini üzv dövlət kimi qəbul etdikdən sonra ABŞ və İsrail təşkilatı maliyyələşdirməyi dayandırıb.
Amerika Birləşmiş Ştatları 5 illik fasilədən sonra Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatına (UNESCO) yenidən üzv olub. ABŞ-ın təşkilata qayıdışı UNESCO-nun Parisdəki baş qərargahında keçirilən mərasimdə baş tutub. Vaşinqtonun qayıdışının simvolu olan bayraq qaldırma mərasimində ABŞ-ın birinci xanımı Cil Bayden də iştirak edib və burada çıxış edib.
7NEWS.az