ABŞ 25 Belarus rəsmisinə viza qadağası qoyub

OXUNUB: 296 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, ABŞ Belarus rəsmilərinə qarşı sanksiyalar tətbiq edib. ABŞ dövlət katibi Antoni Blinken verdiyi yazılı açıqlamada Belarus prezidenti Aleksandr Lukaşenko hökumətinin müxalif siyasətçi Syvatlana Tsixanouskaya və bəzi fəallara qarşı qiyabi məhkəmələr apardığına diqqət çəkərək, hökumətin Belarus xalqının demokratik istəklərini boğmağa davam etdiyini bildirib. ABŞ Dövlət Departamentinin bu səbəbdən 25 Belarus rəsmisinə viza qadağası tətbiq etdiyini açıqlayan Blinken, "Siyasi motivli bu hallar Lukaşenko rejiminin ədalət və demokratiya tərəfdarı belarusları qorxutmaq və onları sıxışdırmaq cəhdlərinin son nümunəsidir"- deyib.

7NEWS.az

RƏYLƏR