ABŞ 36 Çin şirkətini sanksiyalar siyahısına əlavə edib

OXUNUB: 308 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, ABŞ Çinə qarşı yeni sanksiya qərarı qəbul edib. ABŞ Ticarət Nazirliyindən verilən açıqlamada Çin çip istehsalçısı Yangtze Memory Technologies (YMTC) və 35 Çin şirkətinin sanksiya siyahısına əlavə edildiyi bildirilib. Bundan əlavə, 21 Çin şirkətinə tətbiq edilən qadağa həm də ABŞ-dan kənar şirkətlərin tərkibində müəyyən miqdarda ABŞ texnologiyası olan məhsulların Çin şirkətlərinə ixracını qadağan edəcək. ABŞ şirkətləri artıq Çindəki müştərilərinə məhsul ixrac edərkən əldə edilməsi daha çətin olan lisenziyalara sahib olmalı olacaqlar.

7NEWS.az

RƏYLƏR