ABŞ Ticarət Nazirliyi aviasiya sənayesindən 7 Çin şirkətini ölkənin milli təhlükəsizliyinə təhdid yaratdığını əsas gətirərək qara siyahıya salıb.
7NEWS.az xəbər verir ki, ABŞ Ticarət Nazirliyinin Sənaye və Təhlükəsizlik Administrasiyasının rəsmi bildirişinə əsasən, Çində yerləşən 7 şirkət qara siyahıya salınıb. Sənəddə bu təşkilatların Çinin hərbi modernləşdirmə səylərinə töhfə vermək üçün ABŞ istehsalı olan məhsulları aldığı və ya almağa cəhd etdiyi iddia edilib.
7NEWS.az