7NEWS.az xəbər verir ki, ABŞ dövlət katibi Blinken Belarusda müxalif siyasətçi Syvatlana Tsixanouskaya və bəzi fəallara qarşı başladılan qiyabi prosesə görə 25 Belarus rəsmisinə viza qadağası tətbiq etdiklərini açıqlayıb.
ABŞ dövlət katibi Antoni Blinken verdiyi yazılı açıqlamada Belarusdakı "siyasi məhkəmələr”lə bağlı addımlar atdıqlarını açıqlayıb.
Blinken Minskdə başlayan işdə Tixanovskaya ilə yanaşı, Belarusun demokratik keçidinin idarə edilməsinə cavabdeh olan Koordinasiya Şurasının sədri Volha Kavalkovanın və bir çox demokratiya tərəfdarı rəy liderlərinin mühakimə olunduğu barədə məlumat paylaşıb.
7NEWS.az