ABŞ bu səbəbdən İran şirkətinə sanksiya TƏTBİQ ETDİ

OXUNUB: 385 Özəl DÜNYA
ABŞ administrasiyası Rusiyaya pilotsuz təyyarə göndərdiyinə görə İran şirkətini sanksiyalar siyahısına salıb.

7NEWS.az xəbər verir ki, ABŞ administrasiyası bir İran şirkətinin Rusiyaya pilotsuz uçuş aparatlarının (PUA) satışında rol oynadığını əsas gətirərək ona qarşı sanksiyalar tətbiq etmək qərarına gəlib. ABŞ Maliyyə Nazirliyi cümə axşamı Tehranda yerləşən şirkətin PUA-ların Rusiyaya daşınması vəzifəsini öz üzərinə götürdüyünü açıqlayıb. Açıqlamada Rusiyanın öz maraqlarını güdmək üçün getdikcə daha çıxılmaz qərarlar verdiyi ifadə edilərək, əldə edilən məlumatlardan Rusiyanın Ukrayna müharibəsində İrandan aldığı PUA-lardan istifadə etməyi planladığının anlaşıldığı iddia edilib.

7NEWS.az

RƏYLƏR