Texas ştatının federal məhkəməsi ABŞ Ədliyyə Nazirliyinə Rusiyanın neft şirkəti "PJSC LUKOIL”a məxsus 45 milyon dollarlıq təyyarəni ələ keçirməyə icazə verib.
7NEWS.az xəbər verir ki, ABŞ Ukraynanın işğalı səbəbindən Rusiya şirkətlərinin və oliqarxlarının aktivlərini müsadirə etməkdə davam edir. Bunun son nümunəsi Texas ştatında baş verib. Federal məhkəmə Ədliyyə Nazirliyinə Rusiyanın neft şirkəti "PJSC LUKOIL”a məxsus 45 milyon dollar dəyərində olan təyyarəni müsadirə etmək səlahiyyəti verib.
7NEWS.az