7NEWS.az xəbər verir ki, ABŞ-ın Kaliforniya ştatı sahillərində 6,4 bal gücündə zəlzələ baş verib. ABŞ Geoloji Xidməti (USGS) ABŞ-ın Kaliforniya ştatının Şimali Kaliforniya bölgəsində 6,4 bal gücündə zəlzələnin qeydə alındığını açıqlayıb. Humboldt rayonunda maddi ziyana səbəb olan və elektrik enerjisinin kəsilməsinə səbəb olan zəlzələ yerli vaxtla saat 02:34-də baş verib. 16 kilometr dərinlikdə baş verən güclü təkan nəticəsində xəsarət alan və ya tələfat barədə hələlik məlumat verilmir. Bildirilib ki, son 10 gündə bölgədə 3,0 və ondan yuxarı zəlzələ qeydə alınmayıb.
7NEWS.az