ABŞ-da 6,4 bal gücündə zəlzələ baş verib

OXUNUB: 201 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, dünən ABŞ-ın Kaliforniya ştatının şimalında yerləşən Humboldt qraflığında Ferndaledən təxminən 15 kilometr aralıda baş verən 6,4 bal gücündə zəlzələnin balansı aydınlaşır. Humboldt dairəsinin şərif ofisinin məlumatına görə, zəlzələ nəticəsində 2 nəfər ölüb, 12 nəfər yaralanıb. Humboldt boyunca yollara və evlərə böyük ziyan dəyib. Zəlzələdən sonra təxminən 79 min ev və iş yeri işıqsız qalıb. Kaliforniya qubernatoru Gavin Newsom Humboldtda fövqəladə vəziyyət elan edib.

7NEWS.az

RƏYLƏR