ABŞ-ın Yuta ştatının Enok şəhərindəki evdə 8 cəsəd tapılıb.
7NEWS.az xəbər verir ki, Yuta ştatının Enoch şəhərindəki bir evə müayinə üçün gedən sosial yardım işçiləri evdə 8 nəfərin cansız bədəni ilə qarşılaşıblar. Hadisə yerinə gələn polis qrupları 5-i uşaq olmaqla 8 nəfərin tapança ilə vurulduğunu müəyyən edib. Səlahiyyətlilər hadisə ilə bağlı hər hansı bir şübhəlinin qaçdığına inanmadıqlarını bildiriblər.
Ərazidəki evlərin nadir hallarda satıldığını deyən məhəllə sakinləri bu vəziyyətin qətlləri daha da sarsıtdığını bildiriblər.
7NEWS.az