ABŞ-da kimya zavodunda yanğın baş verib

OXUNUB: 356 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, ABŞ-ın Nebraska ştatının Omaha şəhərində kimyəvi zavodda yanğın baş verib. Hadisə yerinə yanğınsöndürmə briqadası və təcili yardım briqadası göndərilib. Obyektdə baş verən partlayışlar və tüstü səbəbindən ətrafdakı evlərdə olanlar təxliyə edilib. Omaha İctimai Elektrik Dairəsinin verdiyi açıqlamaya görə, obyektin yaxınlığındakı 2382 ev işıqsız qalıb. Hələlik yanğın zamanı xəsarət alan olmayıb.
7NEWS.az

RƏYLƏR