ABŞ-da kömürlə dolu qatar relsdən çıxdı

OXUNUB: 247 Özəl DÜNYA
ABŞ-ın Nebraska ştatında kömürlə dolu qatarın 31 vaqonu relsdən çıxıb.

7NEWS.az xəbər verir ki, ABŞ-ın Nebraska ştatının Göteborq şəhərində "Union Pacific”ə məxsus kömürlə dolu qatar relsdən çıxıb.

Rəsmilər qatarın 31 vaqonunun relsdən çıxdığını, qəza nəticəsində ölən və ya xəsarət alan olmadığını bildirib. Qatarın hansı səbəbdən relsdən çıxdığı hələ məlum olmasa da, qəzanın yerli əhali üçün təhlükə yaratmadığı açıqlanıb. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

ABŞ-da son 6 ayda eyni nöqtədə 3 qatar relsdən çıxıb. Federal Dəmir Yolu Administrasiyasının (FRA) məlumatına görə, ABŞ-da hər il minə yaxın relsdən çıxma baş verir.

7NEWS.az

RƏYLƏR